Ekstremal vəziyyətlərdə təcili psixoloji yardımın məqsəd və vəzifələri, əsas istiqamətləri
Məlumdur ki, fövqəladə vəziyyətin episentrində olan insanların psixoloji vəziyyətlərində və hisslərində dərin dəyişikliklər yarana bilər. Müasir insanın kəskin stress amillərinə və psixi travmaya məruz qalması nəticəsində yaranan gərginlik, fərdin psixo-emosional vəziyyəti gündəlik həyatda getdikcə daha çox müşayiət olunur.
İnsan psixikasına təsir edən ekstremal amillərin təsirini öyrənmək ehtiyacı psixologiya elminin ekstremal psixologiya kimi yeni sahəsinin inkişafına səbəb olmuşdur. Bu mənada, Ekstremal psixologiya psixologiyanın bir qolu olmaqla, ümumi psixoloji qanunlarına əsaslanmaqla qeyri-adi şəraitdə insan psixologiyasına təsir edən psixogen faktorların mənfi təsirinin qarşısının alınması metodlarını araşdırır.
Böhran vəziyyətlərində kəskin stress, emosional və zehni nizamsızlıq vəziyyətində olan insanlara təcili psixoloji yardım göstərilir. Təcili psixoloji yardım qısamüddətli tədbirlər sistemidir, bir şəxsə, bir qrup insana və ya böyük bir insana kütləsinə kömək etmək məqsədi daşıyır. Lakin ekstremal vəziyyətlərdə psixoloji yardım göstərmək prosedurunun öz xüsusiyyətləri vardır. Fəaliyyətlər, o cümlədən praktik psixoloqun hərəkətləri fövqəladə hallar planı ilə müəyyən edilməlidir. İlk növbədə qeyd olunmalıdır ki, ənənəvi psixoloji təsir üsulları da bir çox ekstremal vəziyyətlərdə tətbiq olunmur. Bütün bunlar ekstremal vəziyyətlərdə psixoloji təsirin məqsədlərindən asılıdır.
Psixoloji travma almış şəxslərə yardım göstərilməsinin əsas prinsipləri
• Psixoloji yardımın təcili olması: təcililik o deməkdir ki, zərərçəkmişə mümkün qədər tez kömək göstərilməlidir: zədə anından nə qədər çox vaxt keçsə, xroniki pozğunluqların, o cümlədən post-travmatik stress pozğunluğunun inkişaf ehtimalı bir o qədər yüksəkdir.
• Hadisələrin baş verdiyi əraziyə yaxın olması – yaxınlıq prinsipinin mənası ev şəraitində və tanış sosial mühitdə yardım göstərməklə “xəstəxanaya düşmək” kimi mənfi psixoloji təsiri minimuma endirməkdir. Çünki qurbanlar arasında çoxlu sayda insan tapa bilərsiniz ki, onların psixoloji vəziyyəti həyatlarında heç vaxt psixoterapevtin kabinetində müəyyən edilməmişdir.
• Normal vəziyyətin bərpa olunacağına dair gözlənti – stressli psixi vəziyyət yaşamış insana xəstə kimi deyil, normal bir insan kimi yanaşmaq, onun tezliklə normal vəziyyətə qayıdacağına inamı saxlamaq lazımdır.
• Psixoloji təsirin vəhdəti və sadəliyi – psixoloji təsirin vəhdəti o deməkdir ki, ya onun mənbəyi bir şəxs olmalıdır, ya da psixoloji yardımın göstərilməsi proseduru vahid olmalıdır.
• Psixoloji təsirin sadəliyi – zərərçəkmişi zədə mənbəyindən uzaqlaşdırmaq, yemək, istirahət, təhlükəsiz mühit və dinlənmək imkanı təmin edilməsi.
Təcili psixoloji yardım xidmətinin aşağıdakı əsas funksiyaları
– Praktiki: əhaliyə bilavasitə təcili psixoloji və (zəruri hallarda) həkimə qədər tibbi yardımın göstərilməsi;
– Koordinasiya: ixtisaslaşdırılmış psixoloji xidmətlərlə əlaqə və qarşılıqlı əlaqənin təmin edilməsi.
Psixoloji yardım xidmətinin aşağıdakı əsas vəzifələri
1. Çətin həyat şəraitində özü müstəqil olaraq həll yolu tapa bilməyən və köməyə ehtiyacı olan şəxslə onun bu ehtiyacını təmin edən mütəxəssis arasında yaranan prosesin mahiyyətinin öyrənilməsi;
2. Fərdin şəxsi xüsusiyyətlərinin, münasibətlərinin, bilik və bacarıqlarının öyrənilməsi;
3. Psixoloqun fərdlə əlaqəsi prosesində yenilənə bilən daxili resurs və ehtiyatların müəyyən edilməsi və aktuallaşdırılması yollarının aydınlaşdırılması;
4. Fərdin həyatındakı vəziyyətin xüsusiyyətlərinin təhlili və konsultasiya prosesinə xüsusi tələblərin qoyulması;
5. Psixoloji yardımın göstərilməsi müddətində istifadə edilə bilən metod və texnikaların işlənilməsi və tətbiqi.
Təcili psixoloji yardımın məqsəd və vəzifələrinə kəskin panik reaksiyaların, psixogen pozğunluqların qarşısının alınması; fərdin uyğunlaşma imkanlarının artırılması; ortaya çıxan psixi pozğunluqlar üçün psixoterapiya metodları daxildir. Bu şərtlərdə, vaxt məhdudiyyətləri səbəbindən standart diaqnostik prosedurlardan istifadə edilə bilməz.
Böhran şəraitində işləyən psixoloqun vəziyyəti normal terapevtik vəziyyətdən ən azı aşağıdakı məqamlarda fərqlənir:
• Qruplarla işləmək. Psixoloq çox vaxt qurban qrupları ilə işləməli olur və bu qruplar psixoloq (psixoterapevt) tərəfindən süni şəkildə deyil, psixoterapevtik prosesin ehtiyaclarına əsaslanmaqla fəlakətin dramatik vəziyyətinə görə yaradılır.
• Xəstələr tez-tez kəskin affektiv vəziyyətdə, bir travmatik vəziyyətin təsiri altında olurlar. Buna görə də psixoloq normal psixoterapevtik iş üçün tamamilə adi olmayan şəraitdə
işləməyi bacarmalıdır. Bir çox qurbanların sosial və təhsil vəziyyəti çox vaxt aşağı olur. Qurbanlar arasında həyatlarında heç vaxt psixoterapevt xidməti almayan çoxlu sayda insan tapmaq olar.
• Qurbanlar arasında psixopatologiyanın heterojenliyi. Zorakılıq qurbanları tez-tez travmatik stress, nevrozlar, psixozlar, xarakter pozuntuları və ən əsası qurbanlarla işləyən mütəxəssislər üçün fəlakətin özünün və ya digər travmatik vəziyyətin yaratdığı bir sıra problemlərdən əziyyət çəkirlər. Bu, məsələn, sosial problemlərdir - həyat şəraitinin çatışmazlığı, iş yerinin olmaması və s.
• Demək olar ki, bütün xəstələrdə itki hissinin olması, çünki qurbanlar tez-tez yaxınlarını, dostlarını, sevimli yaşayış və işləmə yerlərini və s. itirirlər, bu da travmatik stressin nozoloji mənzərəsinə, xüsusən də bu sindromun depressiv komponentinə kömək edir.
• Posttravmatik psixopatologiya ilə nevrotik patologiyanın fərqi. Travmatik stressin psixopatoloji mexanizmi nevrozun patoloji mexanizmlərindən əsaslı şəkildə fərqlənir. Beləliklə, həm travmalı stressin baş verdiyi halları, həm də travmalı stressin daxili və ya xarici mənşəli digər patogen amillərlə mürəkkəb qarışdığı hallarının əhatə edən xəstələrlə işləmək üçün strategiyalar hazırlanmalıdır.
Ekstremal şəraitdə psixoloji xidmətin əsas metodları
1. Empatik əlaqənin qurulması (Empatiya dedikdə başqasının dərdinə şərik olma hissi, həmçinin, insanı görmədən onun emosional halını tam dəqiq hiss etmək qabiliyyəti nəzərdə tutulur). Empatiya insana rəsmi münasibət bildirməyə imkan vermir. Empatiyanın inkişafı ənənəvi münasibətlərdən kənara çıxmaq və insanın psixoloji əzablarının dərinliklərinə nüfuz etmək qabiliyyətini əhatə edir. Empatiya fərdin özünə, öz imkanlarına inamını gücləndirmək üçün səmimi arzu ilə birləşdirildikdə, müsbət dəyişiklik baş verir.
2. Dinləmək və anlamaq. Peşəkar psixoloq üçün bu və ya digər iş metodunu tətbiq etməzdən əvvəl təkcə şəxsin psixoloji problemlərini anlamaq deyil, həm də onun potensialını qiymətləndirmək çox vacibdir. Psixoloji müdaxiləni təmin edərkən mütəxəssisin məsləhət rejiminə sadiq qalması daha çox vacibdir.
3. Obyektivlik və realizm. Hər hansı bir yardım göstərməzdən əvvəl böhran vəziyyətinin tam mahiyyətini anlamaq və köməyə ehtiyacı olan şəxsin ehtiyaclarının müəyyən edilməsi vacib sayılmalıdır.
4. Psixoloqun yüksək fəaliyyət səviyyəsi. Böhran yaşayan insanla əlaqə yaratmaqda psixoloq aktiv olmalı, zərərçəkmişə münasib olan əlaqə üsulunu və səviyyəsini müəyyənləşdirməlidir.
5. Məqsədlərin məhdudlaşdırılması. Böhran şəraitində psixoloji yardımın bilavasitə məqsədi fəlakətli nəticələrin qarşısını almaqdır. Buna görə də psixoloq qurbanın psixoloji tarazlığının bərpasına hərtərəfli dəstək verməlidir.
6. Yardım göstərərkən vəziyyətin şiddətini təyin etdikdən sonra psixoloji yardımın texnika və üsullarını diqqətlə seçmək vacibdir. Bundan əlavə, göstərilən psixoloji yardımın subyekti olan şəxsə psixi sağlamlığının bərpasına qismən töhfə verdiyini hər dəfə xatırlamaq vacibdir. Bu baxımdan, göstərdikləri xidməti nəzərə alaraq digər yardımçı mütəxəssislərin köməyindən yararlanmaq, qarşılıqlı fəaliyyətdə olmaq lazımdır.
7. Şəxsi inkişaf və inkişafa diqqət yetirilməsi. Böhran xəstəlik kimi deyil, anormal vəziyyətlərə normal reaksiya kimi qəbul edilməlidir. Böhran şəxsi inkişaf prosesidir, əgər psixoloji yardım onu müsbət şəkildə aradan qaldırarsa, şəxsiyyət keyfiyyətcə yeni səviyyəyə keçəcək. Odur ki, psixoloji reabilitasiya işinə müalicə kimi deyil, şəxsi inkişaf prosesinə yardımçı fəaliyyət kimi baxmaq lazımdır.
8. Hörmət. Böhran yaşayan insan bilikli, tam səriştəli, müstəqil, özünə inam qazanmağa və müstəqil seçim etməyə çalışan biri kimi qəbul edilməlidir.
9. Dəstək. Böhranı aradan qaldırmaq üçün işləyərkən, psixoloqun ilk növbədə qurbanın dəstək sistemini və özünü dəstəkləməsinə diqqət yetirməsi vacibdir.
Hazırladı: Aydan Rzayeva,
FHN-in Fövqəladə halların nəticələrinin
aradan qaldırılması işinin təşkili Baş idarəsinin
Tibbi və psixoloji yardımın təşkili şöbəsinin baş məsləhətçisi
Yanğınsöndürənlərin peşə fəaliyyətində...
Anbar və bazalar üçün yanğın...
Payız-qış mövsümündə yanğın...
Fövqəladə hal nədir?...
Müasir dövrün aktual problemlərindən...