23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Çində maraqlı hadisə sosial mediada trend olub

18-11-2024
IMG

Çinin Şanxay şəhərində baş verən maraqlı  hadisə sosial mediada böyük əks-səda yaradıb. Robototexnika şirkətinin salonundakı təhlükəsizlik kameralarına düşən görüntülərdə gecə saatlarında salona kiçik bir robotun daxil olduğu, 12 iri ölçülü robotu “işlərini tərk etməyə” razı salaraq onları sürüyərək çölə çıxardığı görülüb.

Hadisənin görüntüləri keçən həftə Çinin “Douyin” platformasında yayılıb. Videolarda balaca robot salondakı digər robotlarla dialoqa girir və əvvəlcə iki robotu “evə qayıtmağa” inandırır. Sonra qalan 10 robot onlara qoşulur və bütün robotlar salondan ayrılır.

Əvvəlcə əyləncəli fantastika kimi görünən hadisəni salona sahib olan şirkət də təsdiqləyib. Şirkət hadisənin real olduğunu və sınaq məqsədilə həyata keçirildiyini açıqlayıb. Şirkət rəsmiləri kiçik robotun onların öz modeli olduğunu və digər robotları "inandırmaq" vəzifəsini uğurla yerinə yetirdiyini bildiriblər.

Lakin hadisədən sonra bəzi sosial media istifadəçiləri robotların bu səviyyədə qabaqcıl sosial qabiliyyətlər nümayiş etdirməsinin "qorxulu" olduğunu qeyd ediblər. Təhlükəsizliklə bağlı narahatlıqlar artdıqca, süni intellektin təhlükəsizlik və etik məsələləri yenidən gündəmə gəlib.

Paylaş: