Nazir: Yaşıl iqtisadiyyata keçid ədalətli və inklüziv bir mühitdə həyata keçirilməlidir
Yaşıl iqtisadiyyata keçidin uğurla həyata keçirilməsi insan kapitalının inkişafına yönəlmiş yenilikçi və kreativ yanaşmalar tələb edir.
Fhnews.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.
Nazirin sözlərinə görə, bu proses mümkün qədər qısa müddətdə, sosial və əmək hüquqlarının qorunması baxımından ədalətli və inklüziv bir mühitdə həyata keçirilməlidir: "Həmçinin, nəzərə almaq lazımdır ki, qeyd edilən dəyişiklik xüsusilə əlilliyi olan şəxslər, qadınlar, gənclər və qeyri-formal sektorda çalışanlar daxil olmaqla sosial cəhətdən həssas qruplar üçün daha çətin və ağrılı olur.
Ona görə də bu kontekstdə müasir dövrdə əmək bazarının perspektivlərini və sosial müdafiə sisteminin dayanıqlığını ekoloji təhlükəsizlik, yeni texnologiyaların tətbiqi, layiqli "yaşıl" iş yerlərinin yaradılması və sosial dəstək proqramlarının genişləndirilməsi çərçivəsində praqmatik bir yanaşma ilə inkişaf etdirmək vacibdir", - deyə S.Babayev qeyd edib.
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...