21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Toqo vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Bakı Təşəbbüs Qrupuna təşəkkür edib

18-11-2024
IMG

"Biz kənd təsərrüfatında hər şeyin bərpası üçün layihəyə start vermişik".

Fhnews.az xəbər verir ki, bu sözləri Toqo vətəndaş cəmiyyəti təşkilatının rəhbəri Koku Selom Aqbavito deyib.

O, müstəmləkəçilikdən əziyyət çəkdiklərini bildirib: "Biz torpaqların mənimsənilməsi ilə bağlı qayğıları dilə gətirəndə deyirlər ki, Toqo müstəmləkəçilikdən azaddır. Taxılçılıq, əkinçiliklə məşğul olmaq üçün bizə torpaq lazımdır. Kakao, kofe təsərrüfatı ilə məşğul oluruq, lakin Toqoda heç kim çay, kakao içmir, amma digər tərəfdən əkinçiliklə məşğul oluruq".

"Vətəndaş cəmiyyəti olaraq bizim üçün maraqlı olardı ki, bu müstəmləkəçilik kənd təsərrüfatı sahəsində təcrübələrimiz səviyyəsində aradan qaldırılsın. Bunun üçün biz valideynlərimizin dolanışığını təmin edən, təbiəti bərpa edən öz ekoloji kənd təsərrüfatımızı inkişaf etdirməli olacağıq”, - deyə K.S.Aqbavito əlavə edib.

O, Bakı Təşəbbüs Qrupuna təşəkkür edib: "Bu, maraqlı hesab etdiyim bir platformadır. Əminəm ki, Toqo icması çox xoşbəxt olacaq, çünki onların səsini beynəlxalq ictimaiyyətə çatdıran ən azı bir təşkilat var".

Paylaş: