Bahar Muradova: Səylərin birləşdirilməsi ekoloji problemlərdən minimal itkilərlə çıxmağın əsas şərtidir
Bu gün iqlim dəyişiklikləri və dünyamıza təsir edən təbii fəlakətlər, habelə digər qlobal ekoloji problemlər bəşəriyyətin gələcəyinə ciddi təhlükələr yaradır. Ölkələr və beynəlxalq ictimaiyyətin bütün səviyyələrdə səylərini birləşdirməsi bu vəziyyətdən minimal itkilərlə çıxmağın əsas şərtidir.
Fhnews.az xəbər verir ki, bu fikirləri COP29 Təşkilat Komitəsinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.
O bildirib ki, Azərbaycan ətraf mühitin qorunmasına yönəlmiş zəruri qanunvericilik bazası hazırlayıb və müxtəlif proqramlar vasitəsilə öhdəliklərini yerinə yetirmək üçün şərait yaradıb: “Biz institusional mexanizmlər və əlverişli investisiya mühiti yaratmışıq. COP fəaliyyətlərinin əsas prinsipləri inklüzivlik və gender bərabərliyini vurğulayır. Azərbaycan inanır ki, əhalinin müxtəlif qruplarının - uşaqların, gənclərin, qadınların və həssas icmaların potensialını səfərbər etmək iqlim dəyişikliyinin yaratdığı problemlərin həllinə mühüm töhfə verəcək. Otuzillik müharibə təcrübəsi ilə üzləşmiş Azərbaycan iqlim dəyişikliklərini və ekoloji çağırışları daha da kəskinləşdirən ərazi, iqtisadi və insan itkilərinə baxmayaraq, bu böhranın effektiv həlli üçün beynəlxalq təhlükəsizlik, sülh və sabitliyin birgə səylərdə olduğunu dərk edir”.
Bahar Muradova qeyd edib ki, Cənubi Qafqazda sülh gündəmini təşviq etməklə Azərbaycan yaşıl iqtisadiyyat və bərpaolunan enerji sahələrində genişmiqyaslı yenidənqurma və bərpa işləri ilə inkişafa töhfə verir. “Biz iqlim və gender ədaləti imkanlarının artırılmasında göstərdiyimiz birgə səylərlə fəxr edirik. Bu, iqlim siyasətimizin əsas prioritetlərindən biridir. BTR (İkiillik Şəffaflıq Hesabatı) və NDC (Milli Müəyyən Edilmiş Töhfələr) mexanizmləri vasitəsilə bu istiqamətdə irəliləyişlər əldə edərək unikal imkanlardan faydalana bilərik. Azaltma tədbirlərində gender inteqrasiyasını gücləndirmək, şəffaflıq, hesabatlılıq və bərabər iştirakı təmin etmək təkcə bərabərlik vasitəsi deyil, həm də qadın və qızların hüquqları üçün güclü vasitədir” , - deyə Dövlət Komitəsinin sədri vurğulayıb.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...