"İzmir üçün nəfəs" layihəsi təqdim edilib
Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi tərəfindən İzmir körfəzinin təmizlənməsi üçün "İzmir üçün nəfəs" layihəsi təqdim edilib.
Ətraf Mühitin İdarəsi Baş direktorunun müavini Gürsel Erul nazirlikdə keçirilən mətbuat konfransında İzmir Körfəzindəki çirklənmənin qarşısını almaq üçün 15 bənddən ibarət təcili və qısamüddətli fəaliyyət planı hazırladıqlarını deyib.
İzmir körfəzinin hidrodinamik modelini təqdim etdiklərini ifadə edən Gürsel Erul deyib ki, tullantı suyunun hidrodinamik modelə görə hara atılacağını və hansı texnika ilə ediləcəyini ortaya çıxarmaq üçün belə bir layihə araşdırması etdik. Məqsədimiz İzmirə uyğun daha vizual, daha əyləncəli bir təmizlik təmin etmək, körfəzi yaşanabilir hala gətirməkdir.
İzmir körfəzinin modelə görə daxili, xarici və orta körfəzlərə bölündüyünə dair məlumat verən Erul "Xüsusən də daxili körfəzdə suyun dövranını aktivləşdirəcək bir mexanizm dizayn etməliyik. Bunu dənizdə edəcəyik. Orta və uzun müddətli fəaliyyət planında buxtaya daxil olan çirklənməni dayandıracağıq.”-deyə əlavə edib.
Körfəzə gələn çirklənməni azaltmaq üçün 271 yoxlama apardıqlarını deyən Erul yoxlamalarla qanunsuz tikinti və qeyri-qanuni boşalmaların qarşısını aldıqlarını bildirib.
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...
Qladiator şəklində olan nadir bıçaq...
Aralıq dənizində 3,7 bal gücündə zəlzələ...