23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Bu il paytaxtda 81 mindən çox mülkiyyət qeydiyyata alınıb

18-11-2024
IMG

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cari ilin yanvar-oktyabr ayları ərzində daşınmaz əmlak üzərində 306 min 456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.

Əmlak Məsələləri Dövlət Xidmətindən  verilən məlumata görə, bu göstəricinin 51 min 502-si (16,8 faiz) ilkin, 254 min 954-ü isə (83,2 faiz) isə təkrar qeydiyyatın payına düşür.

Bu ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51 min 582, mənzil üzərində - 70 min 691, torpaq sahəsi – 173 min 315, qeyri-yaşayış binası – 2855, qeyri-yaşayış sahəsi – 7277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81 min 250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-oktyabr ayları ərzində 231 min 384 texniki pasport tərtib edilib, 62 min 671 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Paylaş: