Latın Amerikasında yoxsulluq səviyyəsi aşağı düşür
2024-cü ildə Latın Amerikasında yoxsulluq səviyyəsi tarixi minimuma enib.
Fhnews.az “Le Matin” saytına istinadla xəbər verir ki, bu barədə Latın Amerikası və Karib Regionu İqtisadi Komissiyasının hesabatında deyilir.
Komissiyanın məlumatına görə Latın Amerikası əhalisinin 26,8 faizi, yaxud 170 milyon nəfər yoxsulluq həddindən aşağı səviyyədə yaşayır. Bu da, 2023-cü illə müqayisədə 0,5 faiz azalma deməkdir. Sözügedən kateqoriyadan olan insanların gəlirləri onların fundamental ehtiyaclarını ödəməyə kifayət etmir.
Hesabat müəlliflərinə görə, Latın Amerikası yoxsulluğun azaldılması istiqamətində çox ciddi irəliləyiş əldə edib. 1990-cı ildə göstərici 51,1 faiz olub.
Hesabata görə, regionda yoxsulluğun aradan qaldırılmasına zəif iqtisadi artım mane olur.
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...
Qladiator şəklində olan nadir bıçaq...
Aralıq dənizində 3,7 bal gücündə zəlzələ...