TDT-nin Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyi yaradılıb
Türkiyənin İstanbul şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrinin Milli Avtomobil Daşıyıcıları Assosiasiyaları rəhbərlərinin təsisat iclası keçirilib.
Fhnews.az Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) yaydığı məlumata istinadən xəbər verir ki, toplantıda müzakirə edilən əsas məsələ “Türk Regionunda Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyaları Birliyinin (TDT-URTA)” yaradılması ilə bağlı olub.
İştirakçı tərəflər birliyin yaradılması qərarını yekdilliklə dəstəkləyiblər.
Tədbirdə ölkəmizi ABADA prezidenti Həbib Həsənov təmsil edib.
COP29 çərçivəsində “City for People in...
Nazir Rəşad Nəbiyev çilili həmkarı ilə...
Cin Baderşnayder: Təzyiqlərə baxmayaraq,...
Nazir Pərviz Şahbazov “İstanbul Enerji...
“Azərbaycan Dəmir Yolları” “Rhenus...