23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Martina Otto: Metan emissiyalarını azaltmaq iqlim sahəsində təcili tədbir kimi qiymətləndirilməlidir

19-11-2024
IMG

Bu gün COP29 Sədrliyinin metanın üzvi tullantılardan yaranan emissiyalarının azaldılmasına dair bəyannaməsini dəstəkləməkdən çox məmnun olduq. Bu, çox geniş dəstək qazanan uğurlu bir təşəbbüs idi və vurğulamaq istəyirəm ki, metan emissiyalarını bu onillikdə azaltmaq iqlim sahəsində təcili tədbir kimi qiymətləndirilməlidir.

Fhnews.az xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının Təmiz Hava və İqlim Koalisiyası katibliyinin rəhbəri Martina Otto COP29 Prezidentliyinin mətbuat konfransında deyib.

O qeyd edib ki, üzvi tullantılarla bağlı məsələnin bu bəyannamədə ön plana çıxarılması olduqca vacib idi. “Biz bütün ölkələri bunu Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə (NDC) daxil etməyə çağırırıq. NDC-lər gələcək dövr üçün bizim investisiya planlarımızdır və bu məqsədlə maliyyənin axını və yüksək ambisiyaların təmin olunmasını əhatə edir. Təmiz Hava və İqlim Koalisiyası artıq bu sahədə 30-dan çox ölkəni dəstəkləyir və daha çox iş görməyə hazırdır”,- deyə Martina Otto qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan COP29-un sədri kimi qlobal miqyasda metan emissiyalarının azaldılması üçün sektoral yanaşmanın vacibliyinə diqqət çəkən bəyanat təqdim edib. Bəyanatda məişət tullantılarının səmərəli idarə olunması, Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi və bu sahəyə maliyyə resurslarının cəlb edilməsi kimi vacib məsələlər yer alıb.

Paylaş: