23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Şamaxı rayonunda zəlzələ qeydə alınıb

20-11-2024
IMG

Noyabrın 20-də Pirqulu stansiyasından 14 km cənub-qərbdə, Şamaxı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan verilən məlumata görə, yerli vaxtla saat 05:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.7-ə bərabər olub.

Zəlzələnin ocağı 45 kilometr dərinlikdə yerləşib.

Paylaş: