21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Nazir: Azərbaycan iqlim dəyişmələrinin kurikulumun bir hissəsi olması istiqamətində səylərini davam etdirir

18-11-2024
IMG

Azərbaycan iqlim dəyişmələrinin kurikulumun bir hissəsi olması istiqamətində öz səylərini davam etdirir. İstərdik ki, bu məsələlər qlobal gündəliyə çevrilsin.

Fhnews.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev COP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Nazir ekoloji savadlılığının artırılması istiqamətində bununla bağlı qiymətləndirmə aparılması təşəbbüsünün irəli sürüldüyünü bildirib: “İlk dəfə olaraq, PISA layihəsində ətraf mühit savadlılığının qiymətləndirilməsi sahəsini inkişaf etdirmək məqsədilə yeni bir qiymətləndirmə alətinin hazırlanması təşəbbüsü ilə çıxış etdik. Bizim təklifimiz layihəyə əsas sahələrə əlavə olaraq, ətraf mühit savadlılığını da ayrıca qiymətləndirmə aləti kimi daxil etməkdir. Ümid edirəm ki, həmin təşəbbüsə müxtəlif ölkələr qoşulacaq”.

Paylaş: