Aygün Əliyeva: Türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir
Bu gün Türk dövlətləri arasında əlaqələr ictimai-siyasi həyatın bütün sahələrində intensiv dinamika ilə inkişaf edir. Tarixdən gələn bir sıra bağlılıqlar və vətəndaş cəmiyyətlərinin qarşılıqlı istəyi ölkələri daha da birləşdirir.
Fhnews.az xəbər verir ki, bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə açıqlamasında söyləyib.
A.Əliyeva bildirib ki, COP29-un insan kapitalına həsr edilmiş tematik günündə türk dövlətlərini təmsil edən QHT-lərin Forumunun keçirilməsi çox önəmlidir. Çünki Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “XXI əsr Türk dünyasının inkişaf əsri olmalıdır”. Bu baxımdan insan kapitalının gücləndirilməsi vasitəsilə Türk coğrafiyasının uzunmüddətli inkişafına nail olmaq və regionun üzləşdiyi ekoloji təhdidlərlə birgə mübarizə aparmaq olar.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...