21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Toni Holohan: AQTİ laboratoriyaları müasir tələblərə cavab verir

21-11-2024
IMG

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında istifadə olunan avadanlıqlar müasir tələblərə cavab verir.

Fhnews.az xəbər verir ki, bu barədə COP29 tədbirində iştirak etmək üçün Azərbaycanda səfərdə olan İrlandiyanın Vahid Sağlamlıq Mərkəzinin direktoru Toni Holohan Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına baxış keçirərkən deyib.

“AQTİ laboratoriyaları müasir tələblərə cavab verir. İstər heyvan əti üzərində, istərsə də tərəvəzlər üzərində aparılan testlər standartlara uyğundur. Əslində bu mövzu COP gündəmini əhatə edir. Çünki toplaşdığımız bu tədbir həm də bütün canlıların, o cümlədən insan sağlamlığının qorunmasını özündə ehtiva edir”, - deyə Toni Holohan əlavə edib.

İrlandiyalı mütəxəssis tədbir barəsində fikirlərini də bölüşüb: “Azərbaycanın bu tədbirə ev sahibliyi etməsinə görə təşəkkür edirəm. Ümid edirəm burada müzakirə etdiyimiz məsələlər gələcəkdə planetimizi daha da təhlükəsiz edəcək”.

Paylaş: