23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Boris Titov: Yeni STA standartı yaşıl həllərin təşviqini yeni səviyyəyə çıxaracaq

21-11-2024
IMG

Strateji Təşəbbüslər Agentliyinin (STA) yeni “Ümumi Biznes Kapitalı” standartı (Regional investisiya standartı) yaşıl həllərin stimullaşdırılmasını yeni səviyyəyə çıxaracaq.

Fhnews.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə xüsusi nümayəndəsi Boris Titov Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı bildirib.

“Mitiqasiya (iqlim dəyişmələrinin təsirlərin yumşaldılması - red.) və iqlim dəyişmələrinə uyğunlaşma üzrə praktiki həllər BMT ölkələrinin iqlim sazişinin bütün proqramının “ucluğu”dur”, - deyə Strateji Təşəbbüslər Agentliyinin təşkil etdiyi seksiyada çıxış edən Titov qeyd edib.

Bir çox şirkətin ESG gündəliyinin çərçivəsində könüllü olaraq uyğunlaşma və mitiqasiya layihələrini həyata keçirməsini sevindirici hal adlandıran xüsusi nümayəndə əlavə edib ki, bu fəaliyyətin genişləndirilməsi üçün stimullar kifayət deyil. "Ümid edirik ki, Strateji Təşəbbüslər Agentliyinin yeni “Ümumi Biznes Kapitalı” standartı, presedent yaradacaq və ESG və xüsusilə yaşıl həllərin stimullaşdırılmasını yeni səviyyəyə çıxaracaq”, - deyə o, vurğulayıb.

“Bu gün təqdim olunan layihələrin bir çoxu təbii mitiqasiya üzrə təbii həllər üzərində qurulub (söhbət atmosferdən karbon qazının udulmasından və onun saxlanılmasından gedir – red.). Rusiya yaşıl gündəmində diqqəti məhz bu cür həll yollarına yönəldir və hesab edir ki, mitiqasiyanın yeganə alternativi kimi qazıntı yanacağından imtina etmək tendensiyası resurs istehlak edən ölkələrin zorla qəbul etdirilmiş gündəliyidir”, - deyə, B.Titov əlavə edib.

Paylaş: