BƏƏ ilə yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi müzakirə olunub
COP29 çərçivəsində iqtisadiyyat naziri Mikayıl Cabbarov BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələrinin yüksək səviyyədə olduğu, iqtisadi sahədə uğurlu əməkdaşlıq edildiyi vurğulanıb.
Tərəflər yaşıl iqtisadiyyata keçid sahəsində investisiyaların təşviqi, bərpaolunan enerji layihələri çərçivəsində tərəfdaşlıq, biznes və ticarət əlaqələrinin genişləndirilməsi, rəqəmsal həllər üzrə birgə fəaliyyətin gücləndirilməsi və ölkələrimizin iqtisadi diversifikasiya hədəflərinə yönəlik əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.
Görüşdə iki ölkə arasında iqtisadi-ticarət sahəsində tərəfdaşlığın inkişaf istiqamətləri müzakirə olunub.
COP29 zolaqlarında yol nişanlarının...
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...