2030-cu ilədək kənd təsərrüfatı sistemlərinə hər il 1,1 trilyon dollar investisiya yatırılması tələb olunur
2024-cü ildən 2030-cu ilədək hər il kənd təsərrüfatı sistemlərinə 1,1 trilyon dollar məbləğində investisiyanın yatırılması tələb olunur.
Fhnews.az xəbər verir ki, bu barədə FAO-nun İqlim Dəyişikliyi, Ətraf Mühit və Biomüxtəliflik İdarəsinin təbii sərvətlər üzrə baş mütəxəssisi Martial Bernoux "Aqro-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi" mövzusunda keçirilən panel müzakirələrdə təşkilatın hesabatından sitat gətirib.
Hesabatda bildirilir ki, iqlim sərmayəsinin böyük hissəsi siyasət, milli büdcə dəstəyi, potensialın yaradılması və kənd təsərrüfatı alt sektorlarında tələb olunur.
Həmçinin panel müzakirələrdə iqlim dayanıqlığını artırmaq üçün iqlim dəyişikliyi planlaşdırması və həyata keçirilməsi, monitorinq və hesabatların təqdim edilməsi, iqlim dəyişikliyinə uyğunlaşma və təsirlərin yumşaldılması, aqro-ərzaq sistemlərinin, iqlim maliyyəsinin vəziyyəti, hədəf və imkanlar, aqro-ərzaq sisteminin transformasiyası, emissiyaların həcminin əhəmiyyətli dərəcədə azaldılması ilə bağlı mühüm məqamlar qeyd olunub.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...