Afrika ölkəsində vəba kabusu
Müharibənin davam etdiyi və səhiyyə sisteminin effektiv işləmədiyi Sudanda epidemik xəstəliklərin yayılması insanların həyatını daha da çətinləşdirir. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya Ofisi oktyabrın 1-də 3,4 milyon sudanlı uşağın epidemiya xəstəlikləri riski altında olduğunu bildirmişdi. BMT-nin Uşaq Fondu oktyabrın 5-də Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqlayıb.
Hazırda Sudanda vəba epidemiyasında həyatını itirənlərin sayının 1000-i keçdiyi bildirilib. Sudan Səhiyyə Nazirliyindən verilən açıqlamada epidemiyaya yoluxanların ümumi sayının 38 min 817-yə çatdığı bildirilib.
Bildirilib ki, vəba epidemiyasında həyatını itirənlərin sayı 1072-yə yüksəlib.
Qeyd edək ki, Sudanda iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub. Sudan hakimiyyəti avqustun 12-də vəba xəstəliyini epidemiya elan edib.
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...
Qladiator şəklində olan nadir bıçaq...
Aralıq dənizində 3,7 bal gücündə zəlzələ...