ANAMA-da İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin nümayəndəsi ilə görüş keçirilib
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizə səfərə gələn İraqın Kürdüstan Regional Hökumətinin Minatəmizləmə Agentliyinin Texniki Məsələlər üzrə baş direktoru Ali Miran ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində görüş keçirilib.
ANAMA-dan verilən məlumata görə, görüşdə hər iki tərəfin üzləşdiyi mina və partlamamış hərbi sursat problemi, çirklənmənin miqyası və bu problemin aradan qaldırılması istiqamətində icra edilən fəaliyyət barədə danışılıb.
Görüş zamanı, həmçinin tərəflər arasında mina təhlükəsi ilə mübarizə sahəsində əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr olub.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...