Finlandiyada çovğun 70 min evi elektriksiz qoyub
Bu gün səhər yağan güclü qar səbəbindən Finlandiyanın bir sıra bölgələrində (184 rayonda) təxminən 70 min ev elektrik enerjisiz qalıb.
Fhnews.az Finlandiya mediasına istinadla xəbər verir ki, çovğun nəticəsində ağaclar infrastruktur obyektlərinin üstünə aşıb, elektrik xətləri sıradan çıxıb və böyük şəhərlər arasında dəmir yolu əlaqəsi kəsilib.
Elektrik enerjisinin kəsilməsi, eyni zamanda bütün Finlandiyada mobil şəbəkə stansiyalarının fəaliyyətinin dayanmasına səbəb olub. Finavia şirkəti Stokholm və Kopenhagenə bir sıra reyslərin ləğv edildiyini, Amsterdam və Londona uçuşların isə gecikdiyini bildirib.
Meteoroloqlar Finlandiyanı vuran qasırğaya “Yari” adı veriblər. Ölkənin cənub bölgələrində kəskin hava şəraitinin davam edəcəyi gözlənilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...