COP29 çərçivəsində “Su və Davamlı İnkişaf: İqlim çağırışlarına” mövzusunda panel sessiya keçirilib
Su resursları kənd təsərrüfatı məhsuldarlığının əsasıdır və milyonlarla insanın ərzaq təhlükəsizliyini təmin edən suvarma sistemlərini dəstəkləyir.
Fhnews.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Su və Davamlı İnkişaf: İqlim çağırışlarına” mövzusunda keçirilən panel sessiyada bildirib.
Zaur Mikayılov qeyd edib ki, su enerji istehsalında, sanitariya sistemlərində və cəmiyyəti yaxşılaşdıran iqtisadi fəaliyyətlərdə mühüm rol oynayır. Buna görə də davamlı inkişaf üçün səylər dayanıqlı su resurslarının əlçatanlığı, keyfiyyəti və səmərəli idarəçiliyi ilə bağlıdır. Onun sözlərinə görə, Azərbaycan bu sahədə mühüm addımlar atıb və Dayanıqlı İnkişaf Məqsədlərinə dair könüllü hesabatlar təqdim etmiş ölkələrdəndir.
“Təqribən 10 ildir ki, Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Koordinasiya Şurası fəaliyyət göstərir. Bu uzunmüddətli öhdəlik davamlı su idarəçiliyinin milli inkişaf strategiyasına inteqrasiyasına dair Azərbaycanın iradəsini nümayiş etdirir və oxşar problemlərlə üzləşən digər ölkələr üçün nümunə rolunu oynayır”, - deyə ADSEA sədri vurğulayıb.
Z.Mikayılov əlavə edib ki, Azərbaycan artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarını tətbiq edib: “İqlim dəyişikliyi sərhəd tanımır və qlobal, regional əməkdaşlığa ehtiyac olduğunu bir daha göstərir. “Transsərhəd su resurslarının idarəçiliyi əməkdaşlığın faydalarını nümayiş etdirən güclü bir nümunədir. Bununla belə, Cənubi Qafqaz kimi bölgələr birgə idarəetmə ilə bağlı hidro-təhlükəsizlik boşluqları ilə üzləşir. Biz bütün regional dövlətləri transsərhəd su resurslarının birgə idarə edilməsinə və Cənubi Qafqaz su təhlükəsizliyini gücləndirəcək konkret addımlar atmağa çağırırıq. Azərbaycanın ilk dövlət-özəl tərəfdaşlıq layihəsi olan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması təşəbbüsü bu səylərin bariz nümunəsidir. Bugünkü tədbirlərimiz gələcək nəsillər üçün su resurslarının vəziyyətini müəyyən edəcək. Biz hər kəsi bu həyati resursu qorumaq üçün səylərimizi birləşdirməyə dəvət edirik. COP29 çərçivəsində gördüyümüz işlər gələcəkdə su təhlükəsizliyi üçün önəmli bir irs yaradacaq”.
Daha sonra tədbirdə Beynəlxalq Hidrogeoloqlar Assosiasiyasının (IAH/AIH) sədri , Nevada Universitetinin Prof. David Kreamer, Rusiya Federal Su Ehtiyatları Agentliyinin (Rosvodresursy) sədri Dmitri Kirillov Mixayloviç və Şəhər Su və Kanalizasiya İnfrastrukturları Departamentinin direktoru İtai Saqi çıxış edərək iqlim dəyişkənliyinin su idarəçiliyinə strateji müzakirə ediblər. Bildiriblər ki, qlobal temperaturun artması, yağıntı rejimlərinin dəyişməsi və ekstremal hava hadisələri şirin suyun əlçatanlığını sarsıdır, insan və təbii sistemlərə təhlükələr yaradır. Həmçinin Azərbaycanda artan iqlim problemləri fonunda su resurslarını qorumaq üçün innovativ və qabaqcıl su idarəetmə texnologiyalarının tətbiqindən danışılıb.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...