21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Nazir müavini: COP29 dayanıqlı kənd təsərrüfatının inkişafında Qazaxıstan üçün əhəmiyyətli mərhələ oldu

19-11-2024
IMG

Qazaxıstan üçün COP konfransı təcrübə mübadiləsi üçün bir fürsət olmaqla yanaşı, həm də aqrar qida sektorunda qabaqcıl qlobal təcrübənin tətbiqi üçün vacib platformadır.

Fhnews.az xəbər verir ki, bunu Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Yermek Kenjehanuly “COP-dan COP-a aqrar-qida irsləri: Qlobal iqlim məqsədlərinə nail olmağın açarı” mövzusunda keçirilən panel müzakirələrində deyib.

O qeyd edib ki, COP iqtisadiyyatı gücləndirməyə və iqlim problemlərini həll etməyə imkan verir.

“COP-un əldə etdiyi mühüm nailiyyətlərdən biri əkin sahələrinin şaxələndirilməsi olub. Bu tədbirlər məhsuldarlqla yanaşı, həm də kənd təsərrüfatının dayanıqlılığını artırmaq üçün məhdud su təchizatı olan ölkəmiz üçün vacib olan ehtiyatların qorunmasına töhfə verir. Biz eyni zamanda yüksək məhsuldarlığa və iqlim stresinə davamlı bitki sortlarının yaradılmasına səy göstəririk. 2028-ci ilə qədər yerli toxumla özünütəminatın 80 faizinə çatmaq məqsədimizi sürətləndirərək, kənd təsərrüfatında su istehlakını azaltmaq üçün də fəal işləyirik. Bu il 400 min hektar sahədə suya qənaət texnologiyaları tətbiq edilib və məqsədimiz bu sahəni ildə 150 min hektar artırmaqdır”, - deyə nazir müavini əlavə edib.

Yermek Kenjehanuly onu da qeyd edib ki, suya qənaət texnologiyalarının tətbiqi üçün xərclərin 80 faizə qədəri subsidiya şəklində verilir: “Qazaxıstanda metal tullantılarının azaldılması prioritetdir, eləcə də qlobal azalma təşəbbüsünün bir hissəsi olaraq, biz otlaqların bərpasına və üzvi əkinçiliyin inkişafına yönəlmiş layihələrlə maraqlanırıq. COP29 dayanıqlı kənd təsərrüfatının inkişafı və iqlim dəyişikliyinə uyğunlaşmasında Qazaxıstan üçün əhəmiyyətli bir mərhələ oldu. Biz beynəlxalq müstəvidə fəal əməkdaşlığı davam etdiririk, karbon emissiyasından istifadə kursunu inamla davam etdiririk, kənd təsərrüfatının dayanıqlığını artırırıq. Qarşıda hələ çox problemlər var, lakin əminik ki, dünya ictimaiyyəti ilə birlikdə çalışaraq kənd təsərrüfatı sektorunun çiçəklənməsini təmin etmək, ətraf mühiti qorumaq üçün əlimizdən gələni edəcəyik”.

Paylaş: