Teymur Musayev: İqlim dəyişikliyi səhiyyə sahəsində milli strategiyaların işlənib hazırlanmasını zəruri edir
Dəyişən iqlim qarşısında dayanıqlılığın artırılması gücləndirilmiş hazırlıq və iqlimlə bağlı çətinliklərdən xilas olmaq bacarığı tələb edir. İqlim dəyişikliyinin sağlamlığa təsirlərinin vaxtında və effektiv şəkildə aradan qaldırılması çoxsahəli milli strategiyaların işlənib hazırlanmasını zəruri edir. Bu strategiyalar əhalinin sağlamlığını qorumaq, səhiyyə sistemlərinin uyğunlaşmasını təmin etmək və ətraf mühitin dəyişməsi ilə bağlı riskləri minimuma endirmək məqsədi daşımalıdır.
Fhnews.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
T.Musayev Azərbaycanın çoxsahəli əməkdaşlığından, Vahid Sağlamlıq Konsepsiyasının həyata keçirilməsində əldə edilmiş nailiyyətlərdən danışıb.
Bildirib ki, Beynəlxalq Səhiyyə Qaydaları çərçivəsində həyata keçirilən Birgə Xarici Qiymətləndirmə (JEE) bu baxımdan önəmlidir. Səhiyyə Nazirliyinin rəhbərliyi ilə keçirilən hərtərəfli qiymətləndirmədə Azərbaycanın insan, heyvan, bitki və ətraf mühit sağlamlığı ilə bağlı 19 texniki sahədə imkanları dəyərləndirilib. Birgə müzakirələr və səfərlər prioritet fəaliyyətlər üzrə konsensusa nail olmağa töhfə verib.
O qeyd edib ki, həyata keçirilən tədbirlər Beynəlxalq Səhiyyə Qaydalarının tətbiqini gücləndirmək, Vahid sağlamlıq yanaşmasını inkişaf etdirmək və fövqəladə hallar zamanı Azərbaycanın səhiyyə sisteminin dayanıqlığını artırmaq məqsədi daşıyıb.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...