21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

İranın bəzi bölgələrində yağıntılar 50-80 % azalıb

18-11-2024
IMG

İranın Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal-Bahtiari və Lorestan əyalətlərində yağıntıların miqdarı təxminən 50-80 faiz azalıb.

İranın Energetika Nazirliyinə bağlı Su Ehtiyatları İdarəetmə Şirkəti mövzu ilə bağlı son hesabatında ölkə daxilində yağıntı vəziyyətini qiymətləndirib.Payız yağışlarının başladığı sentyabrın 20-dən noyabrın 15-dək olan dövrü əhatə edən hesabatda qeyd olunur ki, Xuzistan, Sistan-Bəlucistan, İsfahan, Kohgiluye-Buyer Əhməd, Çaharmahal -Bahtiari və Lorestan əyalətlərində yağıntıların nisbəti 52 faizdən 78 faizə enib.

Azalma tempi Şərqi Azərbaycan, İylam və Ərdəbil vilayətlərində 27-47 faiz, Əl-Borz, Buşəhr və Qərbi Azərbaycan vilayətlərində 18-25 faiz, Kirman və Zəncanda isə təxminən 5-7 faiz arasında olub.

Paylaş: