Azərbaycan ilə Almaniya arasında builki ticarət dövriyyəsinin həcmi açıqlanıb
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan ilə Almaniya arasında ticarət mübadiləsinin dəyəri 1,1 milyard dollardan çox olub. Bununla da Almaniya Azərbaycanın əsas altıncı ticarət tərəfdaşı olub.
Fhnews.az xəbər verir ki, bu barədə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev COP29 çərçivəsində təşkil olunan “Yaşıl transformasiya” mövzusunda Almaniya-Azərbaycan yüksəksəviyyəli biznes dialoqunda deyib.
Onun sözlərinə görə, 1 oktyabr tarixinə Azərbaycanda 191 Almaniya şirkəti aktiv fəaliyyət göstərib.
“1995-ci ildən 2024-cü ilin iyun ayına qədər Almaniyadan Azərbaycana yatırılan investisiyaların həcmi 871 milyon dolları üstələyib və bu sərmayələrin 94 faizi qeyri-neft sektorunun payına düşüb. Öz növbəsində, Azərbaycan da Almaniyaya əhəmiyyətli sərmayələr yatırıb və bu investisiyaların ümumi həcmi hesabat dövründə 592 milyon dollar təşkil edib”, - deyə AZPROMO rəhbəri qeyd edib.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...