Qərbi Azərbaycan İcması Frenk Pallonenin ucuz şoularını kəskin şəkildə qınayıb
ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü Frenk Pallone COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ictimaiyyətin ona qarşı haqlı və dinc etirazını yanlış istiqamətdə təqdim etməyə və ölkəmizə böhtanlar atmağa çalışır.
Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib.
Qeyd edilib ki, F.Pallone onilliklərdir erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərir. O, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət siyasəti yürüdüb.
Bu səbəbdən Azərbaycan ictimaiyyətinin, xüsusən Ermənistanın etnik təmizləməsinə məruz qalmış şəxslərin irqçi F.Palloneyə qarşı etiraz etməsi onların ən fundamental hüququdur. Lakin F.Pallone dinc nümayişçilərin qarşısına çıxaraq onlardan üzr istəmək və qaldırdıqları suallara cavab vermək əvəzinə, mühafizəçilərini, aralarında qadınlar olan dinc nümayişçilərin üzərinə göndərib və onların xəsarət almasına səbəb olub.
F.Pallonenin səfərdən sonra verdiyi bəyanatlar onun Azərbaycana nə iqlim dəyişikliyi konfransında iştirak, nə də dialoq məqsədilə gəldiyini açıq şəkildə göstərir. Onun məqsədi Azərbaycanda keçirilən və bütün dünya ölkələrinin toplaşdığı COP29-un uğurlarını qaralamaq, Azərbaycana zərbə vurmaq idi.
Bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti və ictimaiyyəti həmişə dialoqun tərəfdarı olub. F.Pallone və onun kimi bəzi irqçi siyasətçilər isə əksinə həmişə dialoqdan qaçıb, şər-böhtan, şantaj siyasətinə üstünlük veriblər.
Qərbi Azərbaycan İcması F.Pallonenin ucuz şoularını və onun nümunəsində bəzi Qərb dairələrində kök salmış azərbaycanofob meylləri kəskin şəkildə qınayır, bu siyasətçilərdən regionda sülhün bərqərar olmasına maneçilik törətməməyə və Ermənistandan zorla çıxarılmış azərbaycanlıların qayıdış hüququna hörmətlə yanaşmağı tələb edir.
Azərbaycan və Belarus parlamentləri...
Milli Məclisin növbəti üç iclasının...
Azərbaycanın xarici işlər naziri misirli...
Şotlandiya parlamentindən COP29-un sülh...
Antonio Quterreş Azərbaycana səfərə...