Nura Hamladcı: Yer kürəsində yaşayan hər bir insan iqlim fəaliyyətinə töhfə verməlidir
Yer kürəsində yaşayan hər bir insan iqlim fəaliyyətinə töhfə verməli və bu sahədə birlikdə çalışmalıdır.
Fhnews.az xəbər verir ki, bu fikirləri BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibinin müavini Nura Hamladcı COP29 çərçivəsində keçirilən “Şəffaflıqda gender” mövzusunda mandatlı yüksəksəviyyəli tədbirdə çıxışı zamanı səsləndirib.
O vurğulayıb ki, genderə həssas yanaşmaların tətbiqi bizi iqlim məsələlərində düzgün istiqamətə yönəldir. İqlim fəaliyyətinin mərkəzində duran iş proqramının qəbulundan sonra konkret tədbirlər yerində həyata keçirilib və qadınlar siyasətlərin formalaşmasında xüsusi rol oynayıblar.
Nura Hamladcı əlavə edib ki, bütün ölkələr bu ilin sonuna qədər öz ikiillik şəffaflıq hesabatlarını hazırlamalıdırlar. Bu hesabatlarda gender aspektlərinin əks olunması vacibdir. Yalnız bu yanaşma vasitəsilə qadınları nəzərə alan inklüziv iqlim fəaliyyəti təmin edilə bilər.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...