21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Aleksandr Sayer: COP29-dakı işimizi bitirdikdən sonra qiymətləndirmə aparacağıq

21-11-2024
IMG

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) yüksəkkeyfiyyətli media qurğuları və xidmətləri ilə təchiz olunmuşuq. Yazılı mətbuat üçün təxminən 300 nəfərlik sahəmiz var. Beynəlxalq media üçün 60-a yaxın otaqlar ayrılıb. Eyni zamanda, beynəlxalq media üçün COP29-da materialların və kadrların hazırlanması üçün böyük sahəmiz var.

Fhnews.az xəbər verir ki, bu fikirləri jurnalistlərə müsahibəsində BMT-nin Kommunikasiyalar departamentinin rəhbəri Aleksandr Sayer deyib.

O bildirib ki, COP29 yüksək səviyyədə təşkil edilib: “Təkcə media mərkəzi deyil, bütün məkanda hər şey yaxşı hazırlanıb. Biz həm öz zonamızı, həm də media mərkəzini qiymətləndiririk. COP29-dakı işimizi bitirdikdən sonra da qiymətləndirmə aparacağıq. Amma indidən deyə bilərəm ki, media mərkəzinin imkanları və Azərbaycanın göstərdiyi xidmətlər yüksək səviyyədədir”.

Paylaş: