Nazir müavini: Qazaxıstanla Çin daşımalarda bütün icazələrin 60 faizini rəqəmsal formata keçirəcək
Bu ilin 10 ayı ərzində Orta Dəhliz üzrə yükdaşımaların ümumi həcmi 3,8 milyon tona çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 68 faiz çoxdur.
Fhnew.az xəbər verir ki, bunu Qazaxıstanın nəqliyyat nazirinin müavini Talqat Lastayev COP29-da “Dayanıqlı rəqəmsal Orta Dəhliz və onun hüdudlarından kənar” mövzusunda nazirlərin iştirakı ilə keçirilən dəyirmi masada çıxışı zamanı deyib.
“Konteyner daşımaları 46,3 min TEU təşkil edib ki, bu da ötən illə müqayisədə təxminən üç dəfə çoxdur. Xüsusilə vurğulamaq istərdim ki, Çin-Avropa-Çin marşrutları 27,6 min TEU təşkil edib ki, bu da illik əsasda 25 dəfə çoxdur. Bundan əlavə, biz əlavə yük həcmləri cəlb edirik və Çindən gələn konteyner qatarlarının sayını ildə 600-ə çatdırmaq barədə razılığa gəlmişik”, - deyə T.Lastayev əlavə edib.
Nazir müavini qeyd edib ki, Qazaxıstan və 42 ölkə arasında avtomobil yolu ilə yük daşımaları üçün icazələrin mübadiləsi sistemi tətbiq edilib: “Bu sistemin şəffaflığını təmin etmək üçün cari ildən Özbəkistan ilə elektron icazələrin mübadiləsi üzrə pilot layihənin icrasına başlanılıb. İlin sonuna qədər Qazaxıstan və Çin arasında daşımalarda elektron icazələrə keçid başa çatacaq ki, bu da bütün icazələrin 60 faizini rəqəmsal formata keçirməyə imkan verəcək”.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...