Vüqar Qurbanov: İqlim dəyişiklikləri insanlar arasında yayılan xəstəliklərin növlərinə təsir göstərir
“TƏBİB tabeliyində olan dövlət xəstəxanaları vasitəsilə bütün ölkə ərazisində əhaliyə tibbi xidmət göstərir. Biz sadəcə şəhərlərdə deyil, eyni zamanda, fərqli coğrafi zonalarda və fərqli iqlim şərtləri altında 24 saat/7 gün fasiləsiz, keyfiyyətli tibbi xidmət göstərməliyik. Beləliklə, TƏBİB-in tabeliyində fəaliyyət göstərən bütün tibb müəssisələri iqlim şəraitindən asılı olmayaraq əhaliyə xidmət göstərməyə hazır olmalıdır. Bu məqsədlə biz təbiətdə baş verə biləcək hadisələri izləməli və tibb müəssisələrinin infrastrukturunun modernləşdirilməsi cəhətdən bu hadisələrə hazırlıq səviyyəsini yüksəltməliyik”.
Fhnews.az xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “Vahid Sağlamlıq yanaşması: İnsan inkişafı naminə sahələrarası işbirliyinin artırılması” mövzusunda yüksəksəviyyəli dəyirmi masada deyib.
V.Qurbanov bildirib ki, təbii fəlakətlər zamanı tibbi xidmətin fasiləsizliyinin əhəmiyyəti daha da artır: “Bundan əlavə, iqlim dəyişiklikləri insanlar arasında yayılan xəstəliklərin növlərinə və rast gəlmə tezliyinə də təsir göstərməkdədir. Burada zoonoz xəstəlikləri, yəni heyvanlardan insanlara keçən infeksiyaları xüsusilə qeyd etmək istəyərdim. Son illərdə baş verən pandemiyalar bizə insan, heyvan və ətraf mühit sağlamlığının bir-biri ilə sıx bağlılığını göstərir. Bu da bizi “Vahid Sağlamlıq” konsepsiyasına yönəldir. “Vahid Sağlamlıq” yanaşması insan, heyvan və ətraf mühit sağlamlığı arasında əlaqələri tanıyan və bu üç sektorun əməkdaşlığını gücləndirməyi hədəfləyən bir yanaşmadır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son illərdə baş verən yeni və yenidən ortaya çıxan infeksiyaların 70%-dən çoxu zoonoz mənşəlidir. Bu vəziyyət insan fəaliyyətinin ekosistemlərə müdaxiləsi, biomüxtəlifliyin azalması və vəhşi heyvanlarla artan təmasın nəticəsidir. Bu səbəbdən pandemiyaların qarşısını almaq üçün yalnız tibbi tədbirlər kifayət etmir. Biz həm də təbiətin qorunması, kənd təsərrüfatının davamlı inkişafı və ekoloji mühitin bərpasına yönəlmiş işləri həyata keçirməliyik".
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...