20 noyabr Ümumdünya Uşaq Hüquqları Günüdür
Bu gün dünyada təkcə münaqişələrdə deyil, ümumiyyətlə, dünyanın müxtəlif ölkələrində milyonlarla uşağın hüququ ciddi şəkildə pozulur, onlar incidilir, şiddət görür. Uşaqlar cinsi və ya psixoloji istismara məruz qaldıqları kimi aclıq problemləri ilə də mübarizə aparmalı olurlar. Təhsil hüquqları əlindən alınan, yetkinlik yaşına çatmadan ailə məcburiyyəti nəticəsində evləndirilən, fiziki işlərə zorla cəlb olunan və bunun kimi başqa səbəblərdən istismara məruz qalan uşaqların hüquqları ciddi şəkildə pozulur. Təəssüf ki, bütün bunlar acı həqiqətlərdir.
Uşaqlar cəmiyyətimizin ən zərif hissəsidir və Azərbaycan cəmiyyətində hər zaman uşaqlara xoş münasibət və qayğı sərgilənir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə onların hərtərəfli yetişməsinə zəmin yaradıb.
Bu siyasi kurs bu gün də etibarla davam etməkdədir. Hazırda dövlətin hüquq sisteminin əsasını təşkil edən Konstitusiya və Qanunlarla uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb. Məqsəd uşaqların layiqli, firavan yaşaması, təlim- tərbiyə, təhsil, sosial müdafiə və sağlamlığının təmin olunmasıdır. Bu mənada inamla söyləyə bilərik ki, Azərbaycanda uşaqların gələcəyi etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar bu gün onun adını daşıyan Fond tərəfindən də ləyaqətlə davam etdirilir.
Qeyd edək ki, uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduğu gündən sahib olduğu təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyası ilə dünyada uşaq haqları tənzimlənir.
Elə bu səbəbdən hər il noyabrın 20-si Ümumdünya Uşaq Hüquqları Günü kimi tarixə düşüb. Azərbaycan 1992-ci ildən bu Konvensiyaya qoşulub. Ölkəmizdə həm Konstitusiya və Uşaq Hüquqları Bəyannəməsi, həm də Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Uşaq Hüquqları haqqında Qanun, həmçinin "Uşaq Hüquqları haqqında'' və ''Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında'' Qanunlar da qəbul edilmişdir. Uşaq hüquqlarının müdafiəsi, onların layiqli insan kimi yetişməsi, zəruri ehtiyaclarının dolğun şəkildə ödənməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin priaritetlərindəndir. Hətta 2009-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda 'Uşaq ili' elan edildi və bu, uşaqların vəziyyətinin yaxşılaşdırılması və uşaq hüquqlarının gücləndirilməsi baxımından yeni mərhələ açdı.
"Uşaqların cinsi istismarı və cinsi zorakılıqdan müdafiəsi haqqında" Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə 2019-cu ildə imzalanmış Qanun da bu istiqamətdə yeni mərhələ oldu. Göründüyü kimi, Vahid Dövlət Uşaq Siyasətinin formalaşması, tənzimlənməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün milli konsepsiya hazırlanaraq gerçəkləşdirilir.
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...
Qladiator şəklində olan nadir bıçaq...
Aralıq dənizində 3,7 bal gücündə zəlzələ...