Göyçayda gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılmasına dair layihə icra edilir
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “EntreComp təcrübəsinə istinad edərək gənclərin sahibkarlıq və aqroturizm bacarıqlarının artırılması” layihəsinin icrasına başlayıb.
Fhnews.az xəbər verir ki, layihənin məqsədi “EntreComp” təcrübəsinə istinad edərək gənclərin bilik və bacarıqlarını artırmaq və onların məşğulluq imkanlarının yaradılmasına dəstək olmaqdır.
Layihə çərçivəsində seçilmiş 30 gəncə peşəkar ekspertlər tərəfindən təlimlər keçiriləcək. Təlimlərdə sahibkarlıq imkanları, prinsipləri və metodları haqqında məlumat veriləcək, maarifləndirici materiallar paylanacaq.
Hazırda layihə üçün iki regiondan gənclərin seçimi aparılır. Layihədə Göyçay və Qəbələ rayonlarında yaşayan gənclər iştirak edə bilərlər. Layihənin sonunda uğurlu nəticə göstərən gənclərin Lənkəran şəhərində yerləşən “Citrus Valley”yə təcrübə səfəri təşkili olunacaq və gənclərin iştirakı ilə Aqroturizm festivalı keçiriləcək.
Bu layihə Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...