23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Abşeron Milli Parkına və “Yanar dağ” kompleksinə mediatur təşkil edilib

18-11-2024
IMG

Ümumdünya Təbiəti Mühafizə Təşkilatının (WWF) Azərbaycan ofisi və WWF international ofisi COP29 konfransı çərçivəsində yerli və beynəlxalq teleradio şirkətlərinin, media suebyektlərinin nümayəndələrinin iştirakı ilə jurnalistlər üçün Abşeron Milli Parkına və “Yanar dağ” kompleksinə mediatur təşkil edilib.

Fhnews.az xəbər verir ki, mediaturda WWF-nin Azərbaycan üzrə direktoru Elşad Əsgərov, “WWF International”ın iqlim üzrə təcrübə rəhbərinin müavini Steven Cornelius, “WWF Azerbaijan”ın iqlim dəyişmələri üzrə eksperti Elana Əlizadə müsahibələrində Yer kürəsində ən böyük qapalı su hövzəsi olan Xəzər dənizinin səviyyəsinin iqlim dəyişikliyi kontektsində dəyişməsinin səbəbləri, biomüxtəlifliyin qorunması, iqlim dəyişikliyinin təbiətə təsiri, COP29-dan gözləntilər haqqında jurnalistləri məlumatlandırıblar.

Mediatur zamanı “WWF Azərbaycan”ın COP29 üzrə kommunikasiya koordinatoru Elçin Sərdarov jurnalistlərə və xaricdən gələn WWF-dən olan qonaqlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya mənbələrinə və milli qanunvericiliyə istinad edilərək hazırlanmış jurnalistlər üçün Xəzər dənizi və Abşeron Milli Parkı ilə bağlı informativ təlimatı təqdim edib.

Bundan başqa, jurnalistlər noyabrın 18-də COP29-da Mavi Zonada Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) və onun tərəfdaşlarının iştirakı ilə keçiriləcək təqdimata dəvət ediliblər.

Paylaş: