21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Yanvar-oktyabr aylarında 6 tondan çox narkotik vasitə və psixotrop maddə müsadirə olunub

18-11-2024
IMG

Cari ilin yanvar-oktyabr aylarında narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanıb. Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olunub.

Fhnews.az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumatında qeyd olunub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 61 kiloqram 819,096 qram narkotik vasitələrin və psixotrop maddələrin 512 kiloqram 164,959 qramını heroin, 5 ton 8 kiloqram 382,751 qramını marixuana, 154 kiloqram 257,47 qramını tiryək, 38 kiloqram 852,443 qramını həşiş, 191 kiloqram 744,959 qramını psixotrop maddələr, 156 kiloqram 416,514 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövrdə 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qram və 240 həb güclü təsir edən maddə, 10 qram prekursor qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən yabanı halda bitmiş narkotik tərkibli 2 milyon 864 min 953 bitki müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələr və psixotrop maddələr ümumilikdə 145 milyon 389 min manat dəyərində qiymətləndirilir.

Paylaş: