Bruno Pozzi: İqlim dəyişikliyi dağ ekosistemlərini ciddi təhlükə altına qoyur
Dağ ekosistemləri iqlim dəyişikliyindən ən çox zərər çəkən təbii ərazilərdir.
Fhnews.az xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) ekosistemlər üzrə direktor müavini Bruno Pozzi COP29 çərçivəsində keçirilən “Qafqaz dağları və ətrafı üçün dayanıqlıq tədbirləri: milli adaptasiya planları (MAP) və regional yanaşmalar” mövzusunda tədbirdə çıxışında deyib.
O bildirib ki, dağlar erkən xəbərdarlıq sistemləri kimi çıxış edərək, iqlim dəyişikliyinin ekosistemlərə təsirlərini və bunun nəticəsində yaranan böhranları daha aydın nümayiş etdirir.
“Dağlar həssas ekosistemlərdir və alçaq ərazilərlə müqayisədə daha sürətli istiləşir. Bu isə iqlim dəyişikliyi, biomüxtəlifliyin itirilməsi və turizm, kənd təsərrüfatı kimi insan fəaliyyəti ilə bağlı sahələrə təzyiqləri daha da artırır”, - deyə B.Pozzi bildirib.
UNEP rəsmisi qeyd edib ki, ekosistem əsaslı yanaşmaları özündə birləşdirən milli adaptasiya planlarının hazırlanması bu risklərin azaldılmasında əsas rol oynaya bilər. Xüsusilə Qafqaz bölgəsində regional əməkdaşlığın əhəmiyyətini vurğulayan B.Pozzi qeyd edib ki, bu qlobal problemdir: “Dağ ekosistemlərinin zəifliklərini aradan qaldırmaq və davamlı icmalar yaratmaq üçün beynəlxalq əməkdaşlıq və bilik mübadiləsi həyati əhəmiyyət kəsb edir”.
O, UNEP-in iqlim dəyişikliklərinin təsirlərinə məruz qalmış regionları dəstəkləmək öhdəliyini bir daha təsdiqləyib.
Marina Silva: İqlim maliyyəsi ilə bağlı...
Braziliyalı nazir: Karbon bazarlarının...
COP29-da İtki və Zərər Fondunun tam...
COP29-un yekun qərarlarından birində...
COP29-un bağlanış plenar iclasında Paris...