Audiovizual Şura platforma operatorlarının retranslyasiya paketlərinin monitorinqlərini davam etdirir
“Media haqqında” Qanuna uyğun olaraq Azərbaycan Respublikasında lisenziya alaraq fəaliyyət göstərən multipleks və platforma operatorları retranslyasiya etdikləri xarici televiziya kanallarını yalnız buna hüquq verən sənədləri (müqavilə, razılaşma, icazə, lisenziya və s.) Audiovizual Şuraya təqdim etmək şərti ilə retranslyasiya edə bilərlər. Audiovizual Şuranın mütəxəssisləri operatorlar tərəfindən təqdim olunan sənədlərə və onların retranslyasiya paketlərinə baxış həyata keçirir, müvafiq monitorinq işləri aparırlar.
Audiovizual Şuradan verilən məlumata görə, aparılan mütəmadi monitorinqlər nəticəsində platforma operatorları olan “Artkom.Net” MMC, “Boss Group” MMC və “Shakh Telecom” MMC-nin retranslyasiya paketlərində buna hüquq verən sənəd olmadan 100-dən çox xarici televiziya kanalının retranslyasiya olunması faktı aşkarlanıb. Bununla bağlı Audiovizual Şura tərəfindən noyabrın 19-da və 20-də inzibati xəta haqqında protokollar tərtib edilib və İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsinin tələbləri nəzərə alınaraq müvafiq məhkəmələrə göndərilib.
Audiovizual Şura bir daha operatorların nəzərinə çatdırır ki, onların əhaliyə təqdim etdikləri retranslyasiya paketlərinə daxil edilən xarici televiziya kanalları yalnız buna hüquq verən sənədin mövcudluğu halında retranslyasiya oluna bilər. Bu istiqamətdə davamlı monitorinqlər həyata keçirilir və mütəmadi olaraq nəticələr barədə ictimaiyyətə açıqlamalar veriləcək.
Braziliya rəsmisi: Meşələrin qorunması...
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...