FAO rəsmisi: Bakı Harmoniya İqlim Təşəbbüsü bütün səyləri uyğunlaşdırmağa çalışacaq
Biz kənd yerlərində yaşayan insanların, kiçik fermerlərin qayğısına qalmalıyıq. Kənd təsərrüfatı ilə məşğul olan insanlar da iqlim dəyişikliyindən əziyyət çəkirlər. Ümid edirəm ki, bu gün keçirilən tədbir kənd təsərrüfatı sektoruna, təbii sərvətlərin qorunmasına, bu sahəyə elmin və innovasiyanın gətirilməsinə həll yolları tapmaqda bizə yardım edəcək.
Fhnews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə regional nümayəndəsi Viorel Gutu bildirib.
FAO rəsmisi qeyd edib ki, müasir gündəmlə irəliləmək lazımdır. Amma kənd təsərrüfatının cəmiyyətin onurğa sütununu təşkil etdiyini də unutmaq olmaz. "Görüşümüz bizə investisiyalara ehtiyac olduğunu müzakirə etmək imkanı verir. İnanıram ki, qeyd edilən bütün bu məsələlər hökumətlər tərəfindən yeni siyasətlərə çevriləcək",- deyə Viorel Gutu vurğulayıb.
O əlavə edib ki, bu gün kənd təsərrüfatı və qida sistemləri ilə əlaqəli bütün təşəbbüsləri bir araya gətirməyə yönəlmiş Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünə start verilib. "Harmoniya Təşəbbüsü hökumətlərin, inkişaf banklarının, beynəlxalq təşkilatların bu yolda iqlim dəyişikliyinin təsiri ilə mübarizə üçün bütün səylərini uyğunlaşdırmağa çalışacaq", - deyə o bildirib.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...