UNEP-in icraçı direktoru: 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb
Dünyada 3 milyarda yaxın insan su qıtlığından əziyyət çəkir. Bir çox problem su çatışmazlığından yaranır.
Fhnews.az xəbər verir ki, bunu “İqlim, təbiət və insanlar üçün su həyat xəttinin təbliği” tədbirinin yüksəksəviyyəli açılışında çıxış edən BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen deyib.
Onun sözlərinə görə, 2023-cü ildən bəri emissiyalar 1,3 faiz artıb. Qlobal istilik artımı həddinin 1,5 dərəcə səviyyəsində qalmasını təmin etmək üçün hələlik götürdüyümüz öhdəlikdən uzağıq, həmçinin istixana qazlarının emissiyasında artım qeydə alınır: “Biz emissiyanı azaltmasaq 1,5 dərəcə hədəfinə nail olmayacağıq. Tədbir görməliyik və su həmin səylərin tərkib hissəsi olmalıdır. Uzunmüddətli dayanıqlılığı, su resurslarının dözümlülüyünü təmin etmək üçün su resurslarının keyfiyyətinin idarə edilməsi həyata keçirilməlidir, həmçinin ətraf mühit və iqlim məsələlərinin toqquşduğu məqamları nəzərə almalıyıq. Bu istiqamətdə müxtəlif addımlar atılıb”.
"119 ölkə özünün biomüxtəliflik hədəflərini təqdim edib. Lakin acı reallıq odur ki, həmin öhdəliklərin arxasında maliyyə dayanmır. Burada bəzən inteqrasiya olunmuş yanaşmalar çatışmır. Odur ki, dialoqun əhəmiyyəti vacibdir. Bizə sürətli tədbirlər və ciddi keçidlər lazımdır", - deyə İ.Andersen bildirib.
COP29-da Aİ və 25 ölkə kömür elektrik...
Şeyxülislam BMT-nin Sivilizasiyalar...
Laçın rayonunda zəlzələ olub...
HACCP sisteminin tətbiqi qida...
Bazar günü hava əsasən yağmursuz olacaq...