21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində inkişaf imkanları müzakirə edilib

20-11-2024
IMG

Elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan “QS Quacquarelli Symonds” Beynəlxalq Reytinq Agentliyinin Baş vitse-prezidenti Ben Sauterin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Elm və Təhsil Nazirliyindən verilən məlumata görə, görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin QS qlobal reytinqində cari göstəricilərinin təhlili təqdim olunub və gələcək inkişaf imkanları müzakirə edilib.

Paylaş: