21 noyabr 2024, cümə axşamı Bakı, 14°C
IMG-LOGO

Azərbaycanın 2022−2026-cı illər sosial-iqtisadi inkişaf strategiyasına 1,99 milyard manat ayrılacaq

18-11-2024
IMG

Azərbaycanın 2022-2026-cı illər sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində sosialyönümlü tədbirlərin maliyyələşdirilməsinə 893 milyon manat, investisiya layihələrinə isə 1 milyard 100 milyon manat ayrılması planlaşdırılır. Ümumi olaraq, bu məqsədlər üçün 1 milyard 993 milyon manat vəsait nəzərdə tutulub.

Fhnews.az xəbər verir ki, bu sözləri maliyyə naziri Samir Şərifov parlamentin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin noyabrın 18-də keçirilən iclasında çıxışı zamanı deyib.

Nazir bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası üçün isə 150 milyon manat vəsait ayrılacaq.

Paylaş: