Teymur Musayev: İqlim dəyişikliyinin sağlamlığa təsirləri artıq dünyanın hər yerində hiss olunur
İqlim dəyişikliyinin sağlamlığa təsiri artıq dünyanın hər yerində hiss olunur.
Fhnews.az xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən iqlim və sağlamlıq mövzusunda yüksəksəviyyəli dəyirmi masada səhiyyə naziri Teymur Musayev deyib.
O qeyd edib ki, iqlim dəyişikliyinin sağlamlığa təsirləri yalnız insanların rifahını deyil, eyni zamanda, səhiyyə sistemlərini təhdid edir: “Hazırda biz bu çağırışlarla mübarizə aparmaq üçün kollektiv öhdəliyimizdə irəliyə doğru mühüm addım atırıq. Ümumdünya Səhiyyə Təşkilatı ilə birlikdə iqlim dəyişikliyi və sağlamlığın qlobal gündəmin mərkəzində qalmasını təmin etməyə sadiqik. Bu gün burada təmsil olunan ölkələrin hər biri iqlimlə bağlı fəaliyyətin sağlamlıq ölçülərini tanımaqda mühüm addımlar atır”.
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...
COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə...