Səməd Bəşirli: Neft-qaz sektoru üzrə ÜDM-in 2025-ci ildə 0,5 faiz artacağı proqnozlaşdırılır
İqtisadi artıma təsir edən mühüm amillərdən biri neft-qaz hasilatıdır. 2025-ci ildə neft hasilatının 28,7 milyon ton, əmtəəlik qaz hasilatının isə 38,4 milyard kub olacağı proqnozlaşdırılır.
Fhnews.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli deyib.
Nazir müavini bildirib ki, neft-qaz sektoru üzrə ÜDM-in 2025-ci ildə 0,5 faiz artacağı proqnozlaşdırılır: “2025-ci ildə ÜDM-in nominal həcmi 129,2 milyard manat, qeyri-neft qaz sektorunda ÜDM-in nominal həcmi isə 92,2 milyard manat proqnozlaşdırılır”.
“Azərbaycan Dəmir Yolları” “Rhenus...
Azərbaycanda İKT üzrə ixtisasartırma...
COP29 çərçivəsində “Dünyanın iqlim...
Baş direktor: Çin və ABŞ-ın NDC-ləri...
TDT-nin Beynəlxalq Avtomobil...