Bakının 2040-cı ilədək inkişafına dair Baş planının icrası dayanıqlı inkişafa zəmin yaradır
Noyabrın 18-də COP29-da Çoxsəviyyəli Fəaliyyət və Şəhərsalma Pavilyonunda Bakının Baş planının icrasına həsr olunmuş tədbir keçirilib.
Fhnews.az xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov planın əsas məqsədləri və nailiyyətləri barədə məlumat verib. Tədbirdə Şəhər və Region Planlama Beynəlxalq Cəmiyyəti (ISOCARP) və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndələri də iştirak ediblər.
R.Qasımov qeyd edib ki, Bakı şəhərinin Baş planı qlobal şəhərsalma problemləri nəzərə alınaraq hazırlanıb və ətraf mühitə mənfi təsirlərin azaldılması, enerji səmərəliliyinin təmin olunması, habelə yaşıl infrastrukturun inkişafına yönəlib. Baş planın icrasının uğurlu nəticələrindən bəhs edən R.Qasımov əlavə edib ki, görülən işlər nəticəsində dayanıqlı inkişafa zəmin yaradılır, sakinlərin həyat keyfiyyəti yüksəlir, şəhər mühiti daha inklüziv və əlçatan olur.
Sonda müzakirələrə qatılan beynəlxalq mütəxəssislər Bakının Baş planının müasir şəhərlərin qlobal çağırışlara uyğunlaşmasını göstərən və təbii resurslardan səmərəli istifadə olunmaqla dinamik inkişafı təmin edən bir sənəd olduğunu bildiriblər.
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...