“Fast food” mərkəzlərindən tutmuş restoranlara kimi bir çox yerlərdə həddindən artıq qida israfçılığı baş verir
Yaponiyanın qlobal emissiyalarla bağlı əhəmiyyətli dərəcədə təşəbbüsləri var. “Fast food” mərkəzlərindən tutmuş restoranlara kimi bir çox yerlərdə həddindən artıq qida israfçılığı baş verir və bu məkanlar da maarifləndirilməli, onlarla sıx əməkdaşlıqlar qurulmalıdır.
Fhnews.az xəbər verir ki, bunu Yaponiyanın qlobal ətraf mühit münasibətləri üzrə nazir müavini Matsuzava Yutaka noyabrın 19-da BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Mavi Zonada “İqlim fəaliyyəti üçün üzvi tullantılardan metan azaldılması (ROW)” üzrə yüksəksəviyyəli tədbirdə deyib.
Nazir müavini çıxışında, həmçinin metan ixracını azaldan yeni texnologiyaları mövcud olan əməkdaşlıq vasitəsilə Afrika ölkələrinə yaymağın vacibliyini qeyd edib.
ANAMA-da İraqın Kürdüstan Regional...
Su iqlim fəaliyyətinin çox mühüm hissəsi...
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...