Tereza Mey: İqlim dəyişikliyi üzrə qlobal mübarizədə qətiyyətli addımlar atılmalıdır
İqlim dəyişikliyi ilə mübarizədə qətiyyətlə hərəkət etməyimiz çox vacibdir.
Fhnews.az xəbər verir ki, bu barədə Britaniyanın sabiq Baş naziri Tereza Mey özünün “X” sosial media şəbəkəsində bildirib.
O, paylaşımında ötən həftə Bakıda başlayan COP29-da iştirak etdiyini qeyd edib və qlobal iqlim dəyişikliklərinə qarşı təcili və əhəmiyyətli tədbirlər görülməsinin vacibliyini vurğulayıb.
Tereza Mey bu il orta temperaturun 1.5 dərəcə sərhədini keçmə ehtimalının olduğunu qeyd edərək, planetimizi və insanları qorumaq üçün bu gündən qərarlı hərəkət etməyin önəmli olduğunu bildirib.
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...
COP29 çərçivəsində “EkoSfera”...
COP29 çərçivəsində Rio-Trio Təşəbbüsünə...