Baş nazir Əli Əsədov İranın mədəni irs, turizm və əl işləri sənayesi naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 20-də İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Reza Salehi Amiri ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə COP29-un Bakıda yüksək səviyyədə təşkil olunduğu məmnunluqla vurğulanıb.
Azərbaycanın COP Sədrliyi dövründə müəyyən etdiyi prioritetlərdən birinin də turizm sahəsində iqlim fəaliyyəti olduğu diqqətə çatdırılıb.
Söhbət zamanı Azərbaycan-İran əlaqələrinin hazırkı vəziyyəti, həmçinin qarşılıqlı maraq doğuran sahələrdə ikitərəfli əməkdaşlığın perspektivləri müzakirə olunub.
Milli Məclisin sədri MDB PA-nın 57-ci...
Azərbaycanın təşəbbüsü ilə ilk dəfə...
Milli Məclisin sədri Sahibə Qafarova MDB...
Azərbaycanla Özbəkistan arasında...
İsmail Serageldin: COP29-da bir sıra...