23 noyabr 2024, şənbə Bakı, 14°C
IMG-LOGO

Qlobal İnstitutunun təsisçisi: Xəzər dənizini inkişaf, əməkdaşlıq və təhlükəsizlik mərkəzinə çevirməliyik

19-11-2024
IMG

Biz bilirik ki, Xəzər dənizi iqlim dəyişmələrindən əziyyət çəkir. Xəzərin üzləşdiyi problemlər çox böyükdür. Onların içərisində Xəzərin çirklənməsi, dəniz səviyyəsinin azalması kimi problemlər var.

Fhnews.az xəbər verir ki, bu sözləri Su mühiti və sağlamlığı üzrə Qlobal İnstitutunun təsisçisi və direktoru Nidal Səlim Xəzər dənizinin ekologiyası mövzusunda keçirilən QHT-lərin beynəlxalq forumunda söyləyib: “Biz problemlərdən həllərə doğru irəliləməliyik. Bizim Xəzər dənizinin problemləri ilə bağlı həllərimiz var. Bu həllər bizdən birgə əməkdaşlığı tələb edir”.

Nidal Salim Xəzər dənizini xilas etmək üçün təşəbbüslərin irəli sürülməsinin vacibliyinə də toxunub: "Region ölkələri bu xüsusda əməkdaşlıq etməlidir. Xəzər dənizini inkişaf, əməkdaşlıq və təhlükəsizlik mərkəzinə çevirməliyik. Buna nail olmaq üçün ətrafımızda çox sayda fürsətlər mövcuddur. Bunlar təbii sərvətlər, xəzəryanı ölkələrin stabil iqtisadi vəziyyəti və gənclərin cəlb edilməsidir".

 

Paylaş: