ABŞ-ın kənd təsərrüfatı katibi: Azərbaycanın Şərqlə Qərb arasında ticarətdə oynadığı vacib roldan istifadə etmək üçün fürsət var
“Düşünürəm ki, Azərbaycanın Şərqlə Qərb arasında ticarətdə oynadığı vacib roldan istifadə etmək üçün bizim üçün bir fürsət var”.
Fhnews.az xəbər verir ki, bu sözləri ABŞ-ın kənd təsərrüfatı katibi Tomas Vilsak Bakıda COP29 çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, bu, iki ölkə arasında məhsulların Qərb-Şərq istiqamətində daşınması sahəsində əməkdaşlığı üçün imkan açır: “Bu, əməkdaşlıq edə biləcəyimiz bir sahədir. Digər tərəfdən, Azərbaycan enerji istehsal edən ölkə olduğundan burada kənd təsərrüfatı iqtisadiyyatı nisbətən kiçikdir. Düşünürəm ki, Azərbaycanda portfeli balanslaşırmaq, yaşıl enerjiyə keçid məqsədləri olduğu üçün bu sahədə də yaxşı tərəfdaş ola bilərik”, - deyə kənd təsərrüfatı katibi bildirib.
COP29: İsrailin aerokosmik şirkəti...
İstanbulda I Enerji Forumu çərçivəsində...
Nazir Rəşad Nəbiyev İsrailin nəqliyyat...
Prezident Ərdoğan: Bakıda keçirilən...
İşğaldan azad olunmuş ərazilərə avtobus...