COP29 çərçivəsində “EkoSfera” Sosial-Ekologiya Mərkəzi tədbir keçirib
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) “EkoSfera” Sosial-Ekologiya Mərkəzi gənc ekoaktivistlərin iştirakı ilə ətraf mühitin qorunmasının əhəmiyyətini vurğulayan tədbir keçirib.
Fhnews.az xəbər verir ki, aksiyanın məqsədi iqlim dəyişikliyinin qarşısını almaq və təsirini azaltmaq üçün əhali arasında məlumatlılığı artırmaqdır.
Tədbir zamanı uşaqlar ətraf mühit problemlərinin həll yollarını əks etdirən rəsmlərini nümayiş ediblər. Bu rəsmlərdə külək turbinləri, günəş panelləri kimi bərpaolunan enerji mənbələri, həmçinin iqlim dəyişikliyi və plastik tullantıların heyvanlara təsiri kimi mövzular əks olunub.
Proqramda uşaqlar xor şəklində “Birlikdə dünyani dəyişə bilərik” mahnısını ifa ediblər. Daha sonra Azərbaycan xalq rəqsi “Yallı” nümayiş olunub, “Qavaldaş” nağara ritm qrupu çıxış edib. Bu mədəni elementlər irsin, birliyin və ekoloji məsuliyyətin vacibliyini vurğulayıb.
Qətər rəsmisi: Azərbaycanla əlaqələr...
Audiovizual Şura platforma...
COP29-da Ermənistanın ərazilərimizdə...
COP29 çərçivəsində SPECA İqlim Ağıllı...
Umayra Tağıyeva: “Bakıdan Belenə” sadəcə...