Bakıda keçirilən tədbirdə insan inkişafının davamlılığının qorunmasında iqlim maliyyəsinin sosial müdafiə üçün önəmindən danışılıb
Ölkəmizin ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 18-də Bakıda “İnsan inkişafının davamlılığının qorunması: iqlim maliyyəsinin sosial müdafiə üçün səfərbər edilməsi” tədbiri keçirilib.
Fhnews.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT-nin Uşaq Fondunun (UNICEF) tərəfdaşlığı ilə keçən tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilər iştirak ediblər.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov insan inkişafının təmin edilməsi, həssas qruplara aid uşaqların və ailələrin sosial dəstək mexanizmləri ilə əhatə olunması sahəsində ölkəmizin təcrübəsini qeyd edib. O, pandemiya dövründə hazırlanaraq həyata keçirilən sosial müdafiə mexanizmlərini, görülən bu tədbirlərin müsbət nəticələrini vurğulayıb.
Nazir müavini ölkəmizdə sosial təminat sisteminin, sosial xidmətlərin davamlı olaraq təkmilləşdirilməsi üçün aparılan islahatları diqqətə çatdırıb. Həssas əhali qruplarına yönələn sosial müdafiə sisteminin bundan sonra da inkişaf etdirilməsinin dövlətimizin siyasətində prioritet istiqamətlərdən olduğunu, bu istiqamətdə davamlı addımlar atıldığını söyləyib.
A.Kərimov həssas qruplarla bağlı sosial müdafiə mexanizmlərinin təkmilləşdirilməsi işlərində UNICEF-lə birgə layihələrin önəmini vurğulayıb.
Tədbirdə müxtəlif ölkələrdən, beynəlxalq təşkilatlardan yüksəksəviyyəli rəsmilərin çıxışları dinlənilib. İqlim fəaliyyəti zamanı sosial müdafiənin mühüm roluna, iqlim maliyyəsinin həssas qruplardan olan insanlar üçün dəstəkyönümlü olmasına, həmin insanların, ümumən insan inkişafının iqlim dəyişikliklərinin fəsadlarından qorunması mexanizmlərinin hazırlanması, onların sosial müdafiə ilə əhatə olunması məsələlərinə dair müzakirələr aparılıb.
AQTA sədri çörək istehsalı, dəyirman və...
“Uşaq və gənclərin NDC 3.0 prosesinə...
Aleksandr Sayer: COP29-dakı işimizi...
Çin şirkəti ilə bərpaolunan enerji...
Leyla Əliyeva COP29 çərçivəsində nadir...